Əfqanıstan Ticarət və Sənaye Nazirliyi Azərbaycan İqtisadiyyat Nazirliyi ilə birlikdə Bakıda Əfqanıstan mallarının sərgisini təşkil edirlər.
Bunu Əfqanıstanın Azərbaycandakı səfiri Xeyrullah Spelenay deyib.
“Azərbaycanda Əfqanıstan mallarının sərgisini keçirməyi planlaşdırırıq. 11-14 oktyabr tarixlərində Bakıda keçiriləcək sərgi Əfqanıstan Ticarət və Sənaye Nazirliyi Azərbaycan İqtisadiyyat Nazirliyi ilə birlikdə təşkil olunacaq. Ümid edirik ki, bu sərgi ölkələrimiz arasında ticarət dövriyyəsinin mühüm dərəcədə artmasına imkan yaradacaq”", - səfir Əfqanıstanın Müstəqillik Günü münasibətilə rəsmi qəbulda bildirib.
Spelenay qeyd edib ki, 2019-cu ilin birinci yarısının yekunları üzrə iki ölkə arasında ticarət dövriyyəsi 56 milyon dollar təşkil edib, xüsusilə Əfqanıstanın ASK məhsulları və tikinti materiallarının Azərbaycana tədarükü artıb. (Interfax)