Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Foodinfo.az-ın xəbərinə görə, Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küç., ev 56, 2A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Cəbrayılzadə İbrahim Lamid oğluna məxsus “Le Moon” ictimai iaşə müəssisəsində keçirilən plandankənar yoxlama zamanı qida sahəsində normativ hüquqi aktların tələblərinin, həmçinin pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu məlum olub. Belə ki, məhsulların saxlanması zamanı mal qonşuluğu prinsipinə və temperatur rejiminə əməl edilmədiyi, normativ sənədlərin tələblərinə cavab verməyən məhsullardan istifadə olunduğu və digər nöqsanlar aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
[gallery ids="45091,45092,45093"]
Son xəbərlər
- Ürək-damar xəstələri necə yeməlidir?
- Qışda artıq çəki almamağın yolları
- Yüksək keyfiyyətli yarımfabrikatları necə seçək?
- Gündə iki fincandan çox qəhvə içmək tövsiyə olunmur
- Bananın uzun müddət qalmasını və qaralmamasını necə etmək olar?
- İdmançılara xiyar turşusunun suyunu içmək niyə faydalıdır?