Bu dəfə banklar tərəfindən cəbhə bölgəsində yaşayan və özünüməşğulluq proqramına qoşulan bir qrup işsiz şəxs üçün kiçik təsərrüfatlar qurulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində banklar tərəfindən cəbhə bölgəsindən özünüməşğulluq proqramına cəlb edilən şəxslərə aktivlər təqdim edilir. Həmin ailələr üçün öz seçimlərinə uyğun olaraq heyvandarlıq sahəsi üzrə təsərrüfatlar qurulur. Ümumilikdə isə respublika üzrə artıq 312 nəfər proqram iştirakçısı seçdikləri fəaliyyət sahəsi üzrə kiçik bizneslərini qurmaq üçün banklar tərəfindən mal və materiallarla təmin edilib. Qeyd edək ki, bu layihəyə ölkədə fəaliyyət göstərən 21 bank qoşulub. Əməkdaşlıq çərçivəsində 1000 nəfər proqram iştirakçısının banklar tərəfindən aktivlərlə təmin edilməsi nəzərdə tutulub.