Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bioloji fəallığa malik qida əlavələrinin ölkəyə idxalı ilə məşğul olan sahibkarlıq subyektləri ilə görüş keçirib.
Foodinfo.az-ın məlumatına görə, videokonfrans formatında keçirilən görüşdə Agentliyin sədr müavini Rəşad Mafusov bioloji fəallığa malik qida əlavələrinin idxalı ilə məşğul olan sahibkarlara qanunvericiliyin tələblərini xatırladıb və bu sahədə fəaliyyət göstərən sahibkarların üzərinə düşən məsuliyyəti diqqətə çatdırıb. Tədbirdə bioloji fəallığa malik qida əlavələrinin qeydiyyatı, məhsulların analizi, ekspertiza rəyi, istifadə təlimatı, etiket məlumatları və digər mövzularla bağlı geniş müzakirələr aparılıb.
Bildirilib ki, bioloji fəallığa malik qida əlavələrinin idxalı və satışı sahəsində sahibkarlıq fəaliyyəti yalnız qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməli, əhalinin sağlamlığı daim diqqət mərkəzində saxlanılmalıdır.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.