Kassir Son tarix 18 apr 2022 İş haqqında məlumat:
  • Müştərilərə etiket qaydalarına uyğun yüksək keyfiyyətli xidmət göstərmək;
  • Müştərilərdən nəğd ödənişləri qəbul etmək və pos-terminal vasitəsilə qeyri-nəğd ödənişləri həyata keçirmək;
  • Günün yekun hesabatını aparmaq, təhvil veriləcək pulun mühafizəsini təmin etmək, pulu və POS-terminal çeklərini aidiyyatı üzrə təhvil vermək.
Namizədə olan tələblər:
  • Dürüstlük, dəqiqlik və məsuliyyətlilik;
  • Ünsiyyətcil, gülərüz və müştərilərlə xoş ünsiyyət qurmaq bacarığı;
  • Riyazi bilik.
İş şəraiti:
  • 6 günlük növbəli iş qrafiki;
  • Şirkət hesabına nahar;
  • Şirkət daxili təlim və inkişaf imkanları;
  • Karyera yüksəlişi imkanı;
  • Əmək haqqı 350 manat.
İnşaat mühəndisi (İş icraçısı) Son tarix 18 apr 2022 Əmək funksiyaları:
  • Layihələndirmə üçün ilkin məlumatları yığmaq və çertyojları çəkmək;
  • Layihələrdə təmir-tikinti işlərinə nəzarət, konstruksiya işlərini düzgün təşkil etmək;
  • Tikintidə istifadə olunacaq tikinti materiallarını müəyyən etmək və zəruri tikinti materiallarını siyahı şəklində təchizat şöbəsinə yönləndirmək;
  • Binanın havalandırma, kondisioner, santexnika və elektrik sistemlərinə nəzarət etmək;
  • Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək;
  • Texnoloji intizama riayət etmək, tikinti norma və qaydalarını yerinə yetirmək;
  • Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərini aparmaq;
  • Görülən işlərin keyfiyyətlə həyata keçirilməsini təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək.
Namizədə olan tələblər:
  • Ali təhsil (İnşaat mühəndisi ixtisası üzrə olması üstünlükdür);
  • Qeyd olunan sahədə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dilini bilmək zəruridir. Rus dilini bilmək arzuolunandır;
  • Word, Excel və Autocad proqramlarını istifadəçi səviyyəsində bilməlidir;
  • Sürücülük vəsiqəsi və şəxsi avtomobil olmalıdır.
İş şəraiti:
  • 6 günlük iş həftəsi;
  • Əmək haqqı 1500 manat + (namizədin təcrübə və biliklərinə uyğun olaraq)
Nəzarətçi Son tarix 18 apr 2022 İş haqqında məlumat:
  • Nəzarətçi mağazaya daxil olan müştəriləri qəbul edir, hal-hazırda pandemiya ilə əlaqədar olaraq müştərilərin hərarətlərini ölçür və tibbi maskadan düzgün istifadə etməsinə nəzarət edir;
  • Müştərilərin iri çanta ilə satış salonuna daxil olmasına icazə vermir;
  • Satış salonunda baş verən qanun pozuntularının qarşısını alır;
  • Kassirlərin düzgün işləməsinə nəzarət edir;
  • Müştərilərin aldığı malların qaytarılmasında iştirak edir;
    • Müştərilərin aldıqları məhsulun kassa nəzarətindən yayınmamasının qarşısını alır;
    • Müştərilərin mağazada unutduğu məhsulları və yaxud əşyaları jurnalda qeyd edib mağaza administratoruna təhvil verir;
    • Mağazanın açılışında və bağlanmasında iştirak edir
    Namizədə olan tələblər:
    • Dürüstlük, dəqiqlik və çeviklik;
    • Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
    • Məsuliyyətli, nizam-intizamlı olmalıdır;
    • Hərbi mükəlləfiyyətli;
    • Yaş həddi: 20 – 35 yaş;
    • Komandada işləmək bacarığı;
    • Stressə davamlılıq;
    • Nəzarətçi vəzifəsində iş təcrübəsi arzu olunandır
    İş şəraiti:
    • 6 günlük növbəli iş qrafiki;
    • Şirkət hesabına nahar;
    • Rəqabət yönümlü əmək haqqı;
    • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
    • Karyera yüksəliş imkanı.
    Satıcı Son tarix 18 apr 2022 İş haqqında məlumat:
    • Vitrinlərin doldurulması, satışın həyata keçirilməsi;
    • Müştərilərə yüksək səviyyədə xidmət göstərmək .
    Namizədə olan tələblər:
    • Dürüstlük, dəqiqlik və məsuliyyətlilik;
    • Ünsiyyətcil, gülərüz və müştərilərlə xoş ünsiyyət qurmaq bacarığı.
    İş şəraiti:
    • 6 günlük növbəli iş qrafiki;
    • Şirkət hesabına nahar;
    • Şirkət daxili təlim və inkişaf imkanları;
    • Əmək haqqı 320 manat;
    • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
    • Karyera yüksəlişi imkanı.
    Fəhlə Son tarix 18 apr 2022 Namizədə olan tələblər:
    • Dürüstlük və məsuliyyətlilik;
    • Fiziki sağlamlıq.
    İş haqqında məlumat:
    • Mağazaya gətirilən məsulların boşaldılması, daşınması və yerləşdirilməsi;
    • Mağaza rəhbərliyi tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
    İş şəraiti:
    • 6 günlük növbəli iş qrafiki;
    • Şirkət hesabına nahar;
    • Əmək haqqı 300 manat;
    • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
    • Karyera yüksəlişi imkanı.