Müasir dövrdə kənd təsərrüfatlarını müxtəlif bitki qoruma və bəsləmə vasitələrinin tətbiqi olmadan təsəvvür etmək mümkünsüzdür desək yanılmarıq. Əgər əvvəllər insanlar əksərən sadəcə kiçik təsərrüfatlarda zəruri hesab etdikləri məhsulların yetişdirilməsi ilə kifayətlənirdisə, hazırda getdikcə artan qida tələbatı fermerləri daha çox məhsul yetişdirməyə təşviq edir. Dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq bütün fermerlər daha az zərərlə məhsuldar mövsüm keçməsi üçün bütün zəhmətlərə qatlaşır. Bu məqsədlə fermerlər arasında tətbiqi geniş yayılan bitki bəsləmə vasitələrindən biri də Nitroammofoska gübrəsidir.
Nitroammofoska gübrəsinin xüsusiyyətləri
Kimyəvi formulu NH4H2PO4 + NH4NO3 + KCL şəklindədir. Nitroammofoska tərkibində bitkilərin inkişafı üçün həyati əhəmiyyətə malik elementlər olan azot (N), fosfor (P) və kaliumu (K) öz-özlüyündə balanslaşdırılmış şəkildə birləşdirən gübrə növüdür. Adı çəkilən gübrədə qida maddələrinin nisbətləri bitkilərin müxtəlif böyümə mərhələlərinə uyğun ehtiyaclarını qarşılayacaq şəkildə tənzimlənir. Belə ki, azot yarpaqların və gövdənin, fosfor kök və çiçəklərin inkişafı, kalium isə ümumilikdə bitkinin sağlamlığını və möhkəmliyini artırmaq üçün effektivdir.
Nitroammofoska gübrəsinin hansı faydaları var?
Bitkilərin inkişafında, məhsul keyfiyyətinin yüksək olmasında və məhsuldarlığın artırmasında Nitroammofoska gübrəsinin kənd təsərrüfatlarında tətbiqi mühüm rol oynayır. Bitkilər üçün faydalarına birlikdə nəzər salaq.
Balanslaşdırılmış qidalanma
Yuxarıda qeyd olunduğu kimi Nitroammofoska gübrəsi tərkibində bitkilər üçün üç vacib element olan azot, fosfor və kaliumu birləşdirir. Belə ki, amin turşularının, zülalların və xlorofilin vacib komponenti olan azot, bitki daxilində enerjinin ötürülməsini və saxlanmasını təmin edən fosfor, fotosintez zamanı əsas iştirakçılardan biri olan kalium ümumilikdə bitki orqanizmini zəruri olan bütün qida maddələri ilə təmin edir.
Köklərin sağlam inkişafı
Nitroammofoskanın tərkibində yer alan fosfor köklərin inkişafını sürətləndirərək, bitkinin torpaqdan su və qida maddələrini mənimsəmək qabiliyyətini artırır.
Məhsuldarlığı artırır
Bitkinin zəruri olan qida maddələri ilə təminatı sayəsində məhsuldarlıq 30%-dən 70% -ə qədər artır.
Xəstəliklərə və soyuq havalara qarşı müqaviməti artırır
Nitroammofoskanın tərkibində yer alan elementlər xüsusilə kalium bitkinin stresə, o cümlədən quraqlığa, xəstəliklərə və temperatur dəyişkənliklərinə qarşı müqavimətini artırmaqda mühüm rol oynayır.
Bütün bitki və torpaq növləri üçün tətbiqi uyğundur
Nitroammofoska gübrəsinin geniş çeşiddə məhsullar üçün tətbiqi onun müxtəlif kənd təsərrüfatı məhsulları becərən fermerlər üçün əlverişli seçim olmasının sübutudur. Eyni zamanda sözügedən gübrə bütün torpaq növləri üçün uyğundur.
Suda asanlıqla həll olur
Suda asanlıqla həll ola bilmək xüsusiyyəti sayəsində Nitroammofoska gübrəsi torpaqda qalıqların qalmasının qarşısını alır. Bu isə torpaq deqradasiyasının qarşısını almaqda böyük rol oyanyır.
Yüksək keyfiyyətli Nitroammofoska gübrələrini haradan əldə etmək olar?
Bitkilərin sürətli inkişafını təmin edərək, xəstəliklərə, zərərvericilərə qarşı müqavimətini, həmçinin, soyuq havalara qarşı dayanıqlılığını artıran yüksək keyfiyyətli Nitroammofoska gübrəsini Azərbaycanın müxtəlif bölgələrində 200-dən satış nöqtəsi ilə təmsil olunan gubre.az aqrar ticarət şəbəkəsindən əldə edə bilərsiniz. Aşağıda müvafiq məhsul üzrə fermerlərə təqdim olunan çeşidlərin adlarının üzərində yerləşdirilən linklərə daxil olaraq ətraflı məlumat əldə edə, həmçinin, sifarişlərinizi ünvanlaya bilərsiniz.
- Nitroammofoska Acron : 16-16-16
- Nitroammofoska Minudobreniya : 16-16-16
- Nitroammofoska Evroxim : 16-16-16
- Nitroammofoska Apatit : 15-15-15
Bununla yanaşı, 828 qısa nömrəsi məhsul sorğuları, sifarişləri üçün də fermerlərin xidmətindədir.
Son olaraq qeyd edək ki, günümüzdə müxtəlif ekspertlər qida çatışmazlığı, su qıtlığı, torpaqların sıradan çıxması və s. kimi qlobal problemlərlə bağlı çağırışlar edir. Bunu nəzərə alaraq fermerlərimizə kənd təsərrüfatı sahələrində yalnız yüksək keyfiyyətli məhsullardan və ləvazimatlardan istifadəyə üstünlük vermələri tövsiyə olunur. Gəlin, sağlam və uzunömürlü gələcəyimiz üçün ana təbiətin və Vətənimizin hər qarış torpağının qayğısına qalaq!