Roskoşestvo Rusiyada südlü şokolad üzərində araşdırma aparıb.
Mütəxəssislər qeyd ediblər ki, mağaza rəflərində çoxlu keyfiyyətli şokolad tapmaq olar. Ən yaxşı brendlər sırasına “Alenka”, “Pobeda Vkusa”, “Konfil” və “Yaşkino” daxildir.
Kalininqrad vilayətində istehsal olunan bir neçə marka şokolad qara siyahıya salınıb. Təhlil göstərdi ki, tərkibində süd yağı yoxdur, əksinə bitki mənşəli yağlardan, o cümlədən palma yağından istifadə edilir. Bu şokolad saxta sayılır və alınması tövsiyə edilmir.