“Coca-Cola” şirkəti Rusiyadakı fəaliyyətini dayandırdığını elan edib. Foodinfo.az xəbər verir ki, bununla bağlı bəyanat şirkətin saytında dərc olunub. “Coca-Cola” şirkəti bu gün Rusiyadakı fəaliyyətini dayandırdığını elan edir.  Ürəyimiz Ukraynada baş verən faciəli hadisələrin inanılmaz nəticələrini yaşayan insanların yanındadır”, - deyə şirkət bildirib və əlavə edib ki, vəziyyət dəyişdikcə onlar monitorinq və qiymətləndirmələrini davam etdirəcəklər.