“Veysəloğlu ilə İlk Addım” (“VİA”) təcrübə proqramını uğurla başa vuran gənclər şirkətin müxtəlif bizneslərində karyera seçimi əldə ediblər.
Bu, Veysəloğlu Şirkətlər Qrupu tərəfindən gənclərin peşəkar və fərdi inkişafına dəstək məqsədilə həyata keçirilən “VİA” layihəsinin üçüncü buraxılışıdır. Proqrama bu il universitet təhsilini yenicə tamamlamış 142 məzun müraciət edib, müsahibə əsasında onların sırasından universitetə giriş balı və qiymət ortalama balı (GPA) yüksək olan 13 nəfər layihədə iştirak şansını qazanıb.
Proqram çərçivəsində iştirakçılar Şirkətlər Qrupu və qrupa daxil olan şirkətlərin (“Veysəloğlu” MMC, “Araz” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi, “Ulduz” Şokolad Fabriki, “AVT LOGİSTİKA” MMC, “Xonça” Fabriki) strukturlarında təcrübə qazanıb, iş prosesi ilə yaxından tanış olub, təlimlərə cəlb ediliblər. Eyni zamanda Şirkətlər Qrupunun Mərkəzi Kitabxanasında 40-a yaxın kitab oxuyaraq dünyagörüşlərini zənginləşdiriblər.
Təcrübə, öyrənmə, inkişaf və dəyərləndirməni əhatə edən 5 aylıq layihə müddətində gənclər həm də ilk əməkhaqqılarını qazanıblar. Layihənin sonunda iştirakçılara topdansatış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələri üzrə çalışmaq istədikləri strukturu seçmək imkanı verilib.
“Veysəloğlu ilə İlk Addım” təcrübə proqramının 3-cü buraxılışından olan video ilə burada tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=bRpGoqjdoBg
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) istehsaldan paylanmaya, logistikaya, supermarket şəbəkələri vasitəsilə müştərilərlə birbaşa qarşılıqlı əlaqəyə qədər tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən qabaqcıl və çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Bu gün 18 mindən çox əməkdaş sayı ilə Azərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından olan VŞQ-nin əsas vəzifələrindən biri də əmək bazarının tələblərinə uyğun gənc kadrlar yetişdirmək və məzunları məşğulluqla təmin etməkdir.
Son xəbərlər
- Qışda artıq çəki almamağın yolları
- Yüksək keyfiyyətli yarımfabrikatları necə seçək?
- Gündə iki fincandan çox qəhvə içmək tövsiyə olunmur
- Bananın uzun müddət qalmasını və qaralmamasını necə etmək olar?
- İdmançılara xiyar turşusunun suyunu içmək niyə faydalıdır?
- Hər kəs hər gün hansı tərəvəzi yeməlidir?