"Sümayə" dönər evində nöqsanlar üzə çıxıb.
Foodinfo.az xəbər verir ki, AQTA əməkdaşlarının keçirdiyi yoxlama zamanı Xaçmaz rayonu, Xudat şəhəri, Heydər Əliyev prospektindəki dönər evində bir sıra nöqsanlar aşkarlanıb.
Məlum olub ki, iaşə müəssisəsində qida təhlükəsizliyi qeydiyyatına dair çıxarış yoxdur, habelə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməyiblər.
Dönərxana ilə bağlı müvafiq cəzalandırma tədbiri görülüb.