Südlü dondurma dondurmaların ən faydalısıdır.
Qaymaqlı və plombir dondurmalardan fərqli olaraq, südlü dondurmada yağ və kalorinin miqdarı az olur. Südlü dondurmaları həftədə 2-3 dəfə yemək olar, bunun orqanizmə heç bir ziyanı yoxdur.
"Ən optimalı təbii dondurmadır. Dondurmaların tərkibində süni əlavələrin, konservantların və ətirləndirici maddələrin, yəni inqridiyentlərin miqdarı nə qədər az olsa, bir o qədər yaxşıdır", - deyə ekspertlər bildirirlər.
Dondurmanın faydaları da açıqlanıb. Dondurmada kalsium və fosfor var ki, onlar da sümüklərin və dişlərin sağlamlığı üçün vacibdir. Bundan başqa, dondurmanın tərkibində ürək-damar sisteminin fəaliyyəti üçün vacib sayılan kalium və maqnezium mövcuddur. Ekspertlər dondurmanın tərkibində mərkəzi əsəb sisteminə müsbət təsir edən B qrupu vitaminlərinin olduğunu da açıqlayıblar.
Əlbəttə ki, dondurma yedikdə çox az adamın əhval-ruhiyyəsinin yüksəlmədiyini söyləmək olar. Bunun da əsas səbəbi dondurmanın insan orqanizmində xoşbəxtlik hormonlarını oyatmasıdır.
Lakin ekspertlər bu vacib desertin ziyanı olduğunu da diqqətdən qaçırmayıblar. Onların fikrincə, soyuq qida mədəni qıcıqlandıra və ağrılara səbəb ola bilər. Bundan başqa, süd şəkəri (laktoza) qəbul edə bilməyən və orqanizmdə yağın parçalanması problemindən əziyyət çəkənlərə südlü dondurmalar məsləhət görülmür. (Tibb.az)