2022-ci il aprelin 7-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin iştirakı ilə fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib.
Foodinfo.az-ın məlumatına görə, görüşdə fındıq ixracı zamanı qarşıya çıxan əsas problemlər, ixrac prosesi, məhsullardan götürülmüş nümunələrin müayinələrinin nəticələri və təhlükəsiz məhsul istehsalı ilə bağlı məlumat verilib. Sahibkarları narahat edən məsələlər, həmçinin fındıqda aflatoksin problemi və onun aradan qaldırılması yolları istiqamətində fikir mübadiləsi aparılıb.
Tədbirdə aflatoksin yaradan göbələklərin əmələ gəlməsinin bağdan başladığı, erkən məhsul yığımı və ya uyğunsuz qurudulma səbəbi ilə aflatoksinin inkişaf etdiyi, saxlanılma və daşınma müddətində isə yoluxmanın daha da artdığı sahibkarların nəzərinə çatdırılıb. Təhlükəsizlik tələblərinə əməl edilməsinin, məhsullarda aflatoksinin yaranmaması üçün aqrotexniki qaydalara, həmçinin normativ aktların tələblərinə riayət edilməsinin vacibliyi vurğulanıb.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib.
Son xəbərlər
- Ürək-damar xəstələri necə yeməlidir?
- Qışda artıq çəki almamağın yolları
- Yüksək keyfiyyətli yarımfabrikatları necə seçək?
- Gündə iki fincandan çox qəhvə içmək tövsiyə olunmur
- Bananın uzun müddət qalmasını və qaralmamasını necə etmək olar?
- İdmançılara xiyar turşusunun suyunu içmək niyə faydalıdır?