Həkim Yekaterina Kaşux dişlərə zərərli qidalardan danışıb. Foofino.az xəbər verir ki, o, müxtəlif şirniyyatları, o cümlədən konfetlər və qazlı şirin içkiləri ən təhlükəli adlandırıb.

Həkim qeyd edib ki, dişlərə təsir edən təkcə şirniyyatlar deyil. Ağ çörək və ya pizza kimi ilk növbədə sadə karbohidratlardan ibarət olan şəkərsiz qidalar belə diş çürüməsi riskini artırır. Bu onunla bağlıdır ki, bişmiş məmulatların kiçik hissəcikləri dişlərə yapışa bilər və ya onların arasında ilişib və tədricən parçalanaraq bakteriyalar üçün çoxalma zəminini təşkil edir.

Onun sözlərinə görə, eyni şey tez bişirilən sıyıqlara, eləcə də təmizlənmiş taxıllara aiddir, çünki onların tərkibində demək olar ki, heç bir lif yoxdur və əsasən nişastadan ibarətdir.

Tərkibində sirkə olan marinadlar və souslar minanın zəifləməsinə kömək edir.

Nurlan