Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Foodinfo.az-ın məlumatına görə, cari ilin 14 sentyabr - 6 oktyabr tarixlərində Rusiya Federasiyasından idxal olunmuş toxumluq və ərzaqlıq kartof məhsulu partiyaları üzərində aparılan fitosanitar nəzarət tədbirləri çərçivəsində 16 halda karantin tətbiq olunan zərərli orqanizm (“Clavibacter michiganensis subsp. Sepedonicus” - kartof yumrularında halqavari bakterial çürümə) aşkar edilib. Agentlik tərəfindən istifadəyə yararsız toxumluq və ərzaqlıq kartof məhsulu partiyalarının məhv edilməsi, zərərsizləşdirilməsi və ya geri qaytarılması ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Eyni zamanda müvafiq araşdırma aparılması və nəzarət tədbirlərinin artırılması məqsədilə Rusiya Federasiyasına məktub göndərilib, fiziki şəxslər Mahmudov Rafael Niyazi oğlu, Qurbanov Tahir Abdusalamoviç, Sovzixanov Nurdin Sovzixanoviç, “OOO AA Treyd İmport” tərəfindən ixrac olunan toxumluq və ərzaqlıq kartof məhsullarının ölkə ərazisinə idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Son xəbərlər
- Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur – ARAŞDIRMA
- Təhlükəli qida məhsullarının utilizasiyası və məhv edilməsi qaydaları təsdiqləndi
- Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
- Depressiyanın qarşısını almağa kömək edən 3 QİDA
- BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar
- Diyetoloq südlə bağlı mifləri şərh edib