Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan pestisid və aqrokimyəvi maddələrdən Agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin normativ sənədlərin tələblərinə cavab vermədiyi müəyyən edilib. Belə ki, “Man-Agro” MMC-nin idxal etdiyi “Universal məlhəm” aqrokimyəvi maddəsində kalsium, kalium, maqnezium və fosforun miqdarının normativ tələblərdən artıq olduğu, “Aqrokimya” MMC-nin idxal etdiyi “Agronom Çinko 10” aqrokimyəvi maddəsində bor və dəmir məhsulunun keyfiyyət sənədində göstərilənlərlə uyğunsuz olduğu aşkar edilib. Faktla bağlı preparatların geri qaytarılmasına dair qərar qəbul edilərək nəzarətə götürülüb.
Qeyd edək ki, AQTA saxta və keyfiyyətsiz pestisid və aqrokimyəvi maddələrin dövriyyəyə çıxarılması ilə bağlı nəzarət tədbirlərini gücləndirib. Sahibkarlıq subyektləri tərəfindən saxta məhsulların təsərrüfatlarda istifadəsi yolverilməzdir.
Son xəbərlər
- Ürək-damar xəstələri necə yeməlidir?
- Qışda artıq çəki almamağın yolları
- Yüksək keyfiyyətli yarımfabrikatları necə seçək?
- Gündə iki fincandan çox qəhvə içmək tövsiyə olunmur
- Bananın uzun müddət qalmasını və qaralmamasını necə etmək olar?
- İdmançılara xiyar turşusunun suyunu içmək niyə faydalıdır?