“Araz” supermarketlər şəbəkəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Qırmızı Ürəklər” Fondunun “Batareyaları təhvil ver, təbiəti qoru” təşəbbüsünə qoşuldu Bu yaxınlarda çalışdığım Veysəloğlu Şirkətlər Qrupuna aid olan “Araz” supermarketlər şəbəkəsinin maraqlı bir ekoloji təşəbbüsə qoşulduğunu öyrəndim: işlənmiş batareyaların mağazalarda xüsusi qutularda toplanılması və sonra xüsusi qaydada məhv edilməsi haqqında! https://www.youtube.com/watch?v=NEHvBv_Lz0Y Düzünü deyim ki, indiyə kimi işlənmiş batareyaların təsiri və onların məhvi yolları barədə geniş məlumatım yox idi və ölkəmizdə bu problem ilə bağlı təşəbbüslərin həyata keçirilməsi barədə xəbərdar deyildim. “Araz”da bu qutuları görüb, bu mövzunu araşdırdım və öyrəndim ki, istifadəyə yararsız və ya işlənmiş batareyalar insanların və heyvanların sağlamlığı üçün təhlükə yaradır. Əgər batareyalar atılmasa, zəhərli maddələr insan orqanizminə daxil olaraq, müxtəlif xəstəliklər yarada bilir. https://www.youtube.com/watch?v=BDGCV2o16PU İşlənmiş batareyalar özündə zərərli maddələri saxlayır və onlar ümumi tullantılarla birgə atılarsa, batareyaların tərkibindəki ağır metallar torpağa və suya qarışaraq insanları və heyvanları zəhərləyə bilər. Bu da həm onların həyatına təhlükə yaradır, həm də bitki örtüyünü məhv edir. https://www.youtube.com/watch?v=OXoZS52lito Hazırda “Araz” və “Spar” marketlərin Bakı və Sumqayıtdakı 19 filialında batareya qutuları yerləşdirilib. Siz də bu təşəbbüsə qoşularaq insanların və təbiətin qayğısına qala bilərsiniz. Aşağıda işlənmiş batareyaların tullanılması üçün nəzərdə tutulmuş qutuların yerləşdiyi marketlərin ünvanlarını nəzərinizə çatdırıram: Araz superstor Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsi 18A (Sabunçu xəstəxanasının yaxınlığı) Araz superstor Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev 56 D (“Qartal” heykəlinin yaxınlığı) Araz superstor Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi 5 K (“Şüşəli” bazarın yaxınlığı) Araz superstor Yasamal rayonu, H.Cavid prospekti 17 (“Space” TV ilə üzbəüz) Araz supermarket Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novruz küçəsi 1 (“Ülvi” şadlıq sarayı ilə üzbəüz)   Araz superstor Sumqayıt şəhəri 9-cu mkr., Ü.Hacıbəyli küçəsi 23 C (“Şərq” bazarının yaxınlığı) Araz superstor Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2 (“20 Yanvar” metrostansiyasının yaxınlığı) Araz superstor Nərimanov rayonu, M.Qaşqay küçəsi, 917-ci məhəllə (Neftçi İdman Sağlamlıq Mərkəzinin yaxınlığı) Araz supermarket Nərimanov rayonu, S.Rəhman küçəsi 41 (47 saylı orta məktəbin yaxınlığı) Spar supermarket Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, məhəllə 758 (“Koroğlu” parkının yaxınlığı) Spar supermarket Nəsimi rayonu, Cavadxan küçəsi, 3 mkr., 3005-ci məhəllə (3-cü mkr. dairəsinin yaxınlığı) Araz minimarket Xətai rayonu, Babək prospekti 10 D (“Babək plaza”nın yaxınlığı) Araz superstor Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi (Masazır dairəsinin yaxınlığı) Araz supermarket Yasamal rayonu, İnşaatçılar prospekti 31 (Dövlət Statistika Komitəsinin yaxınlığı) Araz supermarket Nəsimi rayonu, Mərdanov qardaşları 137 (“Olimpik star”ın yaxınlığı) Araz supermarket Xətai rayonu, Zığ şossesi 8 (“Nargilə” kafesinin yaxınlığı) Araz superstor Nəsimi rayonu, Azadlıq prospekti 103 (ABŞ səfirliyinin yaxınlığı) Araz ekspress Nizami rayonu, R.Rüstəmov küçəsi 12 C (“Neftçilər” metrostansiyasının yaxınlığı) Araz minimarket Nizami rayonu, Babək prospekti 64 (Sərhədçi İdman Olimpiya Mərkəzinin yaxınlığı) Səidə Məmmədli Veysəloğlu Şirkətlər Qrupu