Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir. Foodinfo.az-ın məlumatına görə, “Sun Food” MMC-nin Agentliyə müraciəti əsasında istifadə müddəti bitmiş və istehlaka yararsız ümumi çəkisi 66,49 ton müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda AQTA əməkdaşlarının iştirakı ilə məhv edilib. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir.