Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, istehlaka yararsız və istifadə müddəti bitmiş məhsulların məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, “Klin-Pro” MMC-yə məxsus 410 kq süd məhsulu, “Fenix-Trade” MMC-yə məxsus 230 kq dəniz məhsulu, “Merano-Baku” MMC-yə məxsus 2770 kq müxtəlif növ qida məhsulları (süd, meyvə-tərəvəz və dəniz məhsulları), “Kodis” MMC-yə məxsus 2800 kq çipsi “Təhlükəli Tullantılar” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütamadi olaraq müvafiq tədbirlər həyata keçirir.