Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, “AZ FP CO LTD” MMC tərəfindən Agentliyə daxil olan müraciət əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 69 adda, 10 ton müxtəlif növ süd məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
AQTA əhalinin sağlam qida ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.