Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.
Foodinfo.az-ın xəbərinə görə, istehlaka yararsız və istifadə müddəti bitmiş məhsulların məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, “Taha Azerbaijan” MMC-yə məxsus “Lipoxtor, Kapsul N30” əmtəə nişanlı (istehsal və son istifadə tarixi: 05.08.2020-04.08.2022) ümumi sayı 1015 ədəd bioloji fəallığa malik qida əlavəsi, “BMS Operating Company” MMC-yə məxsus 300 kq və “Aqro-Vest DC” MMC-yə məxsus 13760 kq müxtəlif növ qida məhsulları “Təhlükəli Tullantılar” MMC-nin və “Təmiz Sumqayıt Kənan” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütamadi olaraq müvafiq tədbirlər həyata keçirir.