
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus “Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq” (BİRGƏ) MMC-nin nizamnamə kapitalı
2 dəfə artırılıb.
“Report” xəbər verir ki, şirkətin kapitalı
500 min manatdan
1 milyon manata çatdırılıb.
Xatırladaq ki, sözügedən şirkət 2019-cu ilin noyabr ayında
yaradılıb. Kommersiya qurumu KOBİA-nın dəstəyi ilə reallaşdırılan “Çiçəklənən Abşeron” layihəsinin koordinatorlarından biridir.