Bir dünya markası olan MADO artıq 12 ildir geniş restoran şəbəkəsi ilə Azərbaycanda qonaqlarının xidmətindədir. Tariximiz... MADO 150 illik təcrübəsinin dünya miqyasında markaya çevrilməsində, dondurma sevənlərə təqdim edilməsində ilk vacib addımı 1980-ci ildə açılan Yaşar Pastanesi ilə atıb. Özəl resepti, bölgəyə xas vasitələrlə hazırlanan döymə dondurması ilə tezliklə həm yerli insanların həm də turistlərin ən sevilən məkanına çevrilib. Azərbaycanda bu dadın tanınması 2010-cu ildə ilk restoranımızın təntənəli açılışı ilə başlayıb. Bir neçə il ərzində 5 fərqli məkanda - MADO Torqovı, MADO Nərimanov, MADO 28Mall, MADO Fəvvarələr, MADO Gənclik Mall şöbələrimiz müştərilərə xidmət göstərir. MADO Azərbaycan böyükmiqyaslı restoran layihəsidir və şəbəkəyə daxil olan restoranların sayının artırılması yaxın gələcək planlarımızdandır. MADO restoranlar şəbəkəsi ölkənin bir çox sosial iqtisadi layihələrində fəal iştirak edir. Bunların arasında xeyriyyə tədbirləri böyük yer tutur və hər il daha geniş miqyasda keçirilir. Orijinal interyer, rahat lokasiyalar, qonaqpərvərlik, daim yenilənən menyu və mövsümu təkliflər restoranlarımızın əsas xüsusiyyətidir. Qonaqlarının bütün rəy və arzularını nəzərə alaraq xidmətlərinin keyfiyyətini təkmilləşdirən MADO Azərbaycanda Türk yeməkləri ilə yanaşı Azərbaycan, Avropa mətbəxinin ən sevilən təamları təqdim edilir və qonaqlara demək olar ki, hər zövqdə yemək seçmək imkanı yaradır. Sizi məkanımızda qarşılamağı səbirsizliklə gözləyirik. Ləzzətlə görüşün!