İlk gündən sevimli məkana çevrilən MADO şəbəkəsi qonaqlarını hər zaman dadlı yeniliklər ilə qarşılayır. Xüsusi günlər və bayramlarda müştərilərin MADO-nun desert, tort, milli şirniyyatlarını seçməsinin əsas səbəbi istehsal olunan məhsulların keyfiyyətinə əminlikləridir. Tort bölümü öz geniş çeşidləri ilə hər zaman müştərinin zövqünü oxşamağa çalışır. Bura həm dadına alışılan klassik tort növləri, həm müasir avropa tort və desert növləri, həm də professional qənnadçıların fantaziyalarının məhsulları daxildir. Bundan başqa sizin özəl günlərdə, tədbirlərdə xəyallarda canlanadırılan tortlara həyat verilir. MADO-nun istehsalat bölümündə 100-ə yaxın çeşiddə yerli, şərq və avropa şirniyyatları hazırlanır. Məhsullarımızın xammal qəbulundan etibarən məhsul tam hazır olana qədər bütün keyfiyyət və qida təhlükəsizliyi standartlarına riayət olunur. Şirniyyatların fərqliliyini təmin edən amillərdən biri də daim bazarın ən keyfiyyətli xammallarından istifadə etməsidir. Digər bölümdə isə müxtəlif növ milli, şərq, eləcə də ənənəvi türk şirniyyatları hazırlanır. Bişirilən geniş çeşidli qurabiyələr hər bir çay süfrəsinin bəzəyinə çevrilmişdir. Xüsusi reseptlərlə hazırlanan mayalı məhsullar, qat-qat xəmir məhsulları, müxtəlif içlikli bulkalar sevilən çeşidlərdəndir. Bundan əlavə MADO qənnadçıları tərəfindən hər il yeni-yeni məhsulları vitrinlərə əlavə olunur.