Bir neçə həftə əvvəl fəaliyyətə başlayan MADO Sumqayıt şöbəsi qısa zamanda qonaqların sevimli məkanına çevrilmişdir. Sumqayıtın mərkəzində, məşhur Göyərçin heykəlinin yanında yerləşən MADO, gözoxşayan mənzərəsi ilə yanaşı, müasir dizayna da sahibdir. Yeni avadanlıqlarla təchiz edilmiş şöbə qonaqların bütün tələblərinə cavab verir.
Əsas və Terras zallarından ibarət oturma məkanı geniş, işıqlı və rahatdır. Gözəl auraya sahib bu məkanda hər cür tədbir və görüşlər keçirilə bilər. MADO balaca dostlarını da unutmayıb.
Uşaqlar hər növ oyuncaqlarla təmin olunmuş Uşaq Oyun Zalında xüsusi baxıcının nüzarətində əylənə bilərlər.
Sevilən MADO menyusu artıq Sumqayıt şöbəsində də təqdim edilir. Bura bol növ isti və soyuq yeməklər, salatlar, qəlyanaltılar, kabablar, xəmir yemətkləri, Türk, Avropa və milli mətbəximizə aid desertlər, içkilər, dondurmalar, fırın məhsulları və s. daxildir. Süfrələrin bəzəyi olan çay MADO menyusunda xüsusi yer tutur. Qara, yaşıl, bitki və meyvəli olmaqla 13 fərqli növdən ibarət MADO çayları hər kəsi valeh edəcəkdir.
MADO-nun çatdırılma və al-götür xidmətləri də fəaliyyətə başlamışdlr. Qonaqlar istəklərinə uyğun yeməkləri və içkiləri həm kənardan, həm də restoran daxilində sifariş edib bu xidmətlərdən faydalana bilərlər. Hər birinizi burada görməyə şad olarıq.
Ləzzətlə görüşün!