Veysəloğlu Şirkətlər Qrupu ona aid marketlərdə ən yüksək alıcı tələbatı olan məhsullar üzrə 2023-cü il yanvar ayının qiymət indeksini açıqlayıb.
“Veysəloğlu Pərakəndə İndeksi”nə görə, 2023-cü ilin yanvar ayı üzrə şirkət müştərilərinin ən çox aldığı 3000-dən artıq məhsulun qiymətində keçən ilin yanvar ayına nisbətən 16.1% artım müşahidə edilib (cədvəl 1). Belə ki, tez köhnələn qida məhsullarının qiymətində keçən ilin yanvar ayına nisbətən 15.9% artım, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 20.7% artım, spirtli içkilər və tütün məmulatlarının qiymətində 5.2% artım izlənilib. Bu ildən etibarən daha dolğun təqdim etmək üçün gigiyena və təmizlik vasitələri kateqoriyası da indeks məlumatına daxil edilib. Beləliklə, gigiyena və təmizlik vasitələrinin qiymətində keçən ilin yanvar ayına nisbətən 19.4% artım izlənilib.
Cədvəl 1:
Qeyd edək ki, indeks inflyasiyanın göstəricisi deyil. Məlumatı paylaşmaqda məqsəd maliyyə qurumlarına maraqlı ola biləcək məlumatları vermək və ümumi müştərilərə aylıq məhsul alışı üçün büdcə planlamalarında dəstək olmaqdır.
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.