Veysəloğlu Şirkətlər Qrupu ona aid marketlərdə ən yüksək alıcı tələbatı olan məhsullar üzrə 2022-ci il dekabr ayının qiymət indeksini açıqlayıb.
“Veysəloğlu Pərakəndə İndeksi”nə görə, 2022-ci ilin dekabr ayı üzrə şirkət müştərilərinin ən çox aldığı məhsulların qiymətində keçən ilin dekabr ayına nisbətən 19.3% artım müşahidə edilib. Belə ki, tez köhnələn qida məhsullarının qiymətində 2021-ci ilin dekabr ayına nisbətən 22.6% artım, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 18.5% artım, spirtli içkilər və tütün məmulatlarının qiymətində isə 6.0% artım izlənilib.
Qeyd edək ki, indeks inflyasiyanın göstəricisi deyil. Məlumatı paylaşmaqda məqsəd maliyyə qurumlarına maraqlı ola biləcək məlumatları vermək və ümumi müştərilərə aylıq məhsul alışı üçün büdcə planlamalarında dəstək olmaqdır.
İndeksə əsasən, 2022-ci ilin yanvar-dekabr və 2021-ci ilin yanvar-dekabr dövrləri arasında ortalama 16.3% qiymət dəyişikliyi müşahidə olunub. Qeyd edilən dövr üzrə tez köhnələn qida məhsullarının qiymətində keçən dövrə nisbətən 14.5%, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 18.6%, spirtli içkilər və tütün məmulatlarının qiymətində isə 12.5% artım izlənilib (Cədvəl 1).
Cədvəl 1:
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.