Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında dəyəri 57,10 mln. manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,3% çoxdur.
Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu dövr ərzində diri çəkidə ət istehsalı 9 422 ton, süd istehsalı 36 918 ton olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,8%, süd istehsalı isə 1,7% artıb.