Nestle xəbərdarlıq edib ki, 2022-ci ildə gəlirlilik ardıcıl ikinci il azala bilər.
Foodinfo.az Marja-ya istinadən xəbər verir ki, mətbuat açıqlaması yayan şirkətin baş direktoru Mark Schneider, xərclərin 2021-ci ilə nisbətən bu il daha çox artacağını vurğulayıb və əməliyyat mənfəəti marjasının bu il 17% - 17,5% səviyyəsində ola biləcəyini qeyd edib.
Schneider, "Bu, əlbəttə ki, qiymətlərimizdə əks etdirməli olduğumuz bir vəziyyətdir" deyib və şirkətdə demək olar ki, heç bir məhsulun inflyasiyaya davamlı olmadığını vurğulayıb.
İnflyasiya Unilever-i də narahat edir.
Böyük Britaniyanın nəhəng istehlak malları şirkəti Unilever, inflyasiyanın yaratdığı təzyiq ilə əlaqədar olaraq yalnız iki il sonra 2021-ci ildə gəlirlilik səviyyələrinə qayıda biləcəklərini açıqlayıb. İlin ilk rübündə inflyasiyanın pik həddə çatacağını gözləyən Unilever, xammal xərclərinin təxminən 2 milyard avro artacağını təxmin edir.
Əməliyyat mənfəət marjasının 2,4 faiz bəndi azala biləcəyini qeyd edən şirkət, marjalardakı itkilərin böyük hissəsinin 2023-cü ildə kompensasiya ediləcəyini və 2024-cü ildə tam bərpa olunacağını vurğulayıb.
Unilever-in açıqlamasından sonra şirkətin səhmləri Londonda 3,2 faiz ucuzlaşıb.
Unilever-in maliyyə direktoru Qrema Pitketli bildirib ki, əmtəə qiymətləri təxminən 20 faiz artıb, lakin şirkətin miqyası və tədarükçülər ilə bağladığı müqavilələr səbəbindən Unilever üçün daha azdır.
Unilever keçən ay 1500 işçini ixtisar edəcəklərini və inkişafı sürətləndirmək üçün daxili strukturlaşmadan keçəcəklərini açıqlamışdı.
Son xəbərlər
- Qışda artıq çəki almamağın yolları
- Yüksək keyfiyyətli yarımfabrikatları necə seçək?
- Gündə iki fincandan çox qəhvə içmək tövsiyə olunmur
- Bananın uzun müddət qalmasını və qaralmamasını necə etmək olar?
- İdmançılara xiyar turşusunun suyunu içmək niyə faydalıdır?
- Hər kəs hər gün hansı tərəvəzi yeməlidir?