Nestle-nin yoxsul ölkələrdə satılan körpə məhsullarında əlavə şəkər olduğu, lakin əsas Avropa bazarındakı məhsullarında şəkər olmadığı idda olunur. Foodinfo.az xəbər verir ki, bu barəd İsveçrənin İctimai QHT və Beynəlxalq Uşaq Qidaları Fəaliyyət Şəbəkəsinin (IBFAN) müxtəlif ölkələrdə satılan Nestle uşaq qidası məhsullarının qidalanma profilləri ilə bağlı hesabatında bildirilir.
Hesabatda üç yaşa qədər uşaqlar üçün nəzərdə tutulan məhsullarda saxaroza və ya bal şəklində şəkərin aşkar edildiyi irəli sürülüb. Hesabat müəllifləri bu vəziyyətin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təlimatlarına zidd olduğunu iddia edirlər.
Qeyd edək ki, piylənmə və xroniki xəstəlik riskini məhdudlaşdırmaq məqsədilə BMT agentliyi 2022-ci ildən bəri körpələr və üç yaşından kiçik uşaqlar üçün məhsullara şəkər əlavə edilməsini qadağan etməyə çağırır.