Qaxda pivə zavodunda yanğın olub.
Foodinfo.az-ın məlumatına görə, hadisə sahibkar İsmayılov Orxan İsa oğluna məxsus zavodda baş verib. Belə ki, qazanxanada yerləşən buxar alınmasına lazım olan qurğu alışıb. Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın söndürülüb və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Yanğın zamanı qazanxananın 40 kv/metr hissəsi tamamilə yanıb.
Qeyd edək ki, zavod bir ilə yaxındır ki, fəaliyyətini dayandırıb.
Son xəbərlər
- Ürək-damar xəstələri necə yeməlidir?
- Qışda artıq çəki almamağın yolları
- Yüksək keyfiyyətli yarımfabrikatları necə seçək?
- Gündə iki fincandan çox qəhvə içmək tövsiyə olunmur
- Bananın uzun müddət qalmasını və qaralmamasını necə etmək olar?
- İdmançılara xiyar turşusunun suyunu içmək niyə faydalıdır?