PRIBALTIKA Gastronomy – Baltikyanı məhsulların diqqətlə seçilmiş çeşidini təklif edən ərzaq mağazaları şəbəkəsidir. Yalnız bizdə siz hətta ən təcrübəli qurmanın ehtiyaclarını qarşılaya bilən ən faydalı delikateslər tapacaqsınız! Pribaltika MMC Baltikyanı ölkələrdən və digər Avropa ölkələrindən birbaşa qida məhsullarının tədarükçüsü və rəsmi idxalçısıdır. Bizim qastronomlarda təqdim olunan malın böyük bir hissəsi xüsusi olaraq bizim mağazalar üçün Azərbaycana idxal olunan məhsuldur. Onun müəyyən hissəsi isə şirkətimizin resepti və sifarişi ilə istehsal edilir və yalnız bizim qastronomlarda satılır. PRIBALTIKA Gastronomy sizi təkcə gözəl çeşidlə deyil, həm də mağazanın nəfis interyeri ilə sevindirəcək, bizim satıcılar isə sizi maraqlandıran məhsul haqqında tam məlumat verməyə həmişə hazırdırlar. PRIBALTIKA Gastronomy bu pərakəndə satış sənayesində müəyyən bir trend yaradır. Yüksək səviyyəli xidmət, hər bir müştəriyə fərdi yanaşma, qeyri-adi interyer – bütün bunlar alış-veriş prosesini əsl həzzə çevirəcək!