Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən xəbərə görə, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Q.Nəbi küç., ev 9 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Məhərrəmov Rövşən Rövşən oğluna məxsus quş əti emalı müəssisəsində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya-gigiyena qaydalarının kobud şəkildə pozulduğu müəyyən edilib. Belə ki, emal prosesində istifadə olunan avadanlıqların vaxtında təmizlənib, dezinfeksiya olunmadığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunverciliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.
[gallery ids="53500,53501,53502"]