Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Foodinfo.az-ın xəbərinə görə, tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Goranboy rayonu, G.Civəzadə küçəsində yerləşən, fiziki şəxs Şahin Şamil oğlu Qarayevə məxsus “Şahin” restoranında plandankənar yoxlama aparılıb.
Yoxlama zamanı restorana gələn müştərilərin istifadəsi üçün nəzərdə tutulmuş aşkar saxtalaşdırma əlamətləri olan 4 ədəd 1 litrlik, 3 ədəd 0.7 litrlik və 2 ədəd 0.5 litrlik “Organic Line” əmtəə nişanlı, 2 ədəd 1 litrlik, 8 ədəd 0.7 litrlik və 4 ədəd 0.5 litrlik “Banketnaya Yubiley 10” əmtəə nişanlı və 2 ədəd 1 litrlik, 3 ədəd 0.7 litrlik “Хортиця” əmtəə nişanlı alkoqollu içki aşkar edilib. Malların orjinaldan kəskin fərqləndiyi, o cümlədən qanunsuz olaraq təkrar spirtli içkilərin butulkalarından istifadə edildiyi və digər hissələrin kustar üsulla hazırlanaraq bərkidildiyi müəyyən olunub.
Aşkar edilmiş faktla bağlı dərhal alkoqollu içkilərin realizasiyası dayandırılıb və məhsullar möhürlənərək saxlanca verilib. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.
[gallery ids="51541,51542,51543,51544"]
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı