Rusiyanın Kurqan “Standard” ət kombinatı Azərbaycana mal əti konservi tədarük etməyə başlayıb. Şirkət artıq 20 tondan çox məhsul ixrac edib. Foodinfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, şirkət Azərbaycanda mindən çox məntəqəsi olan “Oba Market” pərakəndə satış şəbəkəsinə bişmiş ət tədarük edəcək. Eyni zamanda halal məhsullar da ixrac olunacaq.

Nurlan