Alimlərin fikrincə, uzunömürlülüyün və fiziki sağlamlığın 50 %-i sırf həyat tərzindən asılıdır ki, burada da vacib olan məqam məhz insanın qidalanma metodudur. Orqanizmin bütün həyati əhəmiyyətli funksiyaları qidalanma ilə bağlıdır. Yanlış qidalanma (həddindən artıq və ya kifayət etməyən) istənilən yaşda insanın sağlamlığına ciddi ziyan vura bilər. Bəs yaxşı, sağlam qidalanmaq üçün nələrə diqqət etməliyik? Gəlin, bu sualın cavabını birlikdə tapaq.
Sağlam qidalanma dadsız, duzsuz, ancaq qaynadılmış, yağsız yeməklərdən ibarət darıxdırıcı menyu demək deyil. Əksinə, vitamin və kalori balansını qorumaq mütləqdir. Hər şey porsiyaların ölçüsündən və qida qəbulunun tezliyindən asılıdır. Yəni istədiyiniz və dadlı hesab etdiyiniz hər şeydən yeyin, lakin lazımi miqdarda!
Hər şeydən öncə sağlam qidalanacağınıza dair qəti qərar verin və qaydalara hər gün riayət edin. Mümkün qədər çox mövsümi məhsullar, meyvə və tərəvəz yeməyinizə diqqət edin. Bu zaman “Sağlam məhsul, sağlam həyat” devizini rəhbər tutan aparıcı istixana komplekslərindən olan “Green Tech” sizin köməyinizə çatacaq. 2011-ci ildən fəaliyyət göstərən “Green Tech” MMC adından da göründüyü kimi, ətraf mühitin mühafizəsinə böyük önəm verən şirkət olaraq, istehlakçıların sağlamlığının qayğısına qalır. Belə ki, yeni texnologiyalara əsaslanmış şüşə konstruksiyalı müasir kompleksdə istixana şəraitində bir sıra tərəvəz məhsulları yetişdirilir. Burada tərəvəz istehsalı prosesi toxumatmadan başlayaraq, son mərhələyə – istehlakçıya çatdırılmaya qədər tam gigiyenik şəraitdə, avtomatlaşdırılmış şəkildə, təbii şərtlərə uyğun həyata keçirilir. Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verən “Green Tech”də “Gözəl Təbiət” brendi altında yetişdirilən bütün tərəvəzlər sağlam qidalanma proqramınızda sizə yardımçı olacaq. Çünki mütəxəssislər tərəfindən tövsiyə edilən əsas qidalar- təzə meyvə və giləmeyvələr, həmçinin tərəvəz və digər bitkilər burada yetişdirilir.
Sağlam qida rasionumuza daxil olan qida məhsullarının tərkibi və onların xüsusiyyətləri sağlamlıq, fiziki inkişaf, əmək qabiliyyəti, emosional vəziyyətə və bütovlükdə həyat keyfiyyəti və uzunömürlülüyə bilavasitə təsir edir.
Məsələn, istənilən yeməyin yanında ləzzətlə yediyimiz pomidor, xiyar kimi tərəvəzlərin tərkibindəki maddələr sağlam qidalanma zamanı bizə dəstək verir. Pomidor antioksidant sayılan likopenin əsas mənbəyidir. Ürək xəstəlikləri və xərçəng riskinin azaldılması da daxil olmaqla, sağlamlığa faydaları çoxdur.
Vitaminlər və minerallar baxımdan, pomidor çox zəngin qida mənbəyidir. Bildiyiniz kimi, sevə-sevə yediyimiz ketçupların tərkibi də pomidordan ibarətdir. Bir ədəd orta ölçülü pomidor gündəlik C vitamini tələbatının təxminən 28 faizini təmin edə bilər.
Pomidor zəruri qida maddəsi və antioksidant sayılan vitamin C, qan təzyiqini idarə etmək və ürək xəstəliklərinin qarşısının alınması üçün faydalı olan kalium, qanın laxtalanması və sümük sağlamlığı üçün vacib K1 vitamini, xüsusilə hamilə qadınlarda toxumaların normal böyüməsi və hüceyrə fəaliyyəti üçün vacib olan Folat (B9 vitamini) ilə zəngindir.
Likopen - yetişmiş pomidorda ən çox rast gəlinən bu karotenoid meyvələrin tərkibindəki birləşmələr arasında xüsusilə diqqətəlayiqdir. Ümumiyyətlə, pomidor nə qədər qırmızıdırsa, likopenlə bir o qədər zəngindir. Ketçup, pomidor şirəsi, tomat pastası və pomidor sousu kimi məhsullar Amerikada pəhriz likopeninin 80 faizindən çoxunu təmin edən ən zəngin pəhriz mənbələridir. Bir sözlə, nümunə gətirdiyimiz pomidor kimi tərəvəzlər, meyvələr sağlam qidalanma rejimi zamanı bizə kömək edir.
Unutmayın, sağlam bədəndə sağlam ruh olar. Bu isə sağlam qidalanmadan başlayır. Sağlam mühitdə yetişdirilən meyvə və tərəvəzləri qida rasionunuzda bol tutaraq, çox yaşayın!
Son xəbərlər
- Qışda artıq çəki almamağın yolları
- Yüksək keyfiyyətli yarımfabrikatları necə seçək?
- Gündə iki fincandan çox qəhvə içmək tövsiyə olunmur
- Bananın uzun müddət qalmasını və qaralmamasını necə etmək olar?
- İdmançılara xiyar turşusunun suyunu içmək niyə faydalıdır?
- Hər kəs hər gün hansı tərəvəzi yeməlidir?