“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 15 mart  2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 33 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb. Həmin tarixdə 1 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub. Foodinfo.az-ın məlumatına görə, Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.