Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentlikdən Foodinfo.az-a bildirib ki, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küç., ev 82F, məh. 889 ünvanında fəaliyyət göstərən, hüquqi şəxs “Alişan” şirkətinə məxsus “M” marketdə keçirilmiş plandankənar yoxlama zamanı aşkar saxtalaşdırılma əlamətləri müəyyən olunub. Belə ki, “Nemiroff Vodka Original” əmtəə nişanlı 40%-li 1 ədəd 0.5 litrlik, “Lauren’s Blended Scotch Whisky” əmtəə nişanlı 43%-li 1 ədəd 1 litrlik, “Jack Daniel’s Tennessee Whisky 1981 Gold Medal” əmtəə nişanlı 43%-li 1 ədəd 1 litrlik, “Royal Salute Blended Scotch Whisky 38 il” əmtəə nişanlı 40%-li 1 ədəd 0.5 litrlik alkoqollu içkilərin qablaşdırılmasında falqanın və aksiz markanın kustar üsulla yapışdırıldığı aşkarlanıb. Alkoqollu içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiqləyən sənədlər yoxlamaya təqdim edilməyib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, spirtli içkilər Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyalarında müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlam qida ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.
[gallery ids="52461,52462,52463,52464,52465"]