Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir. Foodinfo.az-ın xəbərinə görə, Agentlik əməkdaşları tərəfindən Lənkəran şəhəri, İ. Nəsimi küçəsində fəaliyyət göstərən, Əliyev Elvin Hamlet oğluna məxsus şirniyyat sexində keçirilən yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub. Belə ki, müəssisədə antisanitar şəraitdə şərq şirniyyatı, tort və pirojna məhsullarının istehsal olunduğu, həmçinin istehsal sahəsində hazır məhsullarla xammalların birgə saxlandığı, döşəmə və tavanın tamlığının pozulduğu və yuyulabilən materialla üzlənmədiyi, işçi heyətin xüsusi geyimdən istifadə etmədiyi və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq istehsal sahəsinin fəaliyyəti məhdudlaşdırılılb, istehlaka yararsız məhsulların satış şəbəkəsindən çıxarılaraq məhv edilməsi barədə qərar qəbul edilib. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır. [gallery ids="45137,45138,45139,45140"]