Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir. Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən Göygöl rayonu, Qızılqaya qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Kazım Camal oğluna məxsus süd məhsullarının istehsalı müəssisəsində aparılmış planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi məlum olub. Belə ki, müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətə riayət olunmadığı, istehsal sahəsində döşəmənin tamlığının pozulduğu, işçi heyətin xüsusi geyimlə (bone, xalat, önlük, əlcək) təmin edilmədiyi və digər nöqsanlar aşkar edilib. Faktlarla bağlı sahibkar barəsində inizibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılmasına dair icrası məcburi göstərişlər verilib. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır. [gallery ids="48891,48892,48893"]