"Boulangerie GY" markası "Chocolate Croissant" məhsulunun tərkibində olan fındığın qeyd olunmaması səbəbindən geri çağırılıb.
Foodinfo.az xəbər verir ki, şirkət fındığa qarşı həssaslığı olan insanları nəzərə alaraq ixrac edilmiş məhsulların bazardan yığılaraq geriyə qaytarılmasına qərar verib.
Eyni zamanda açıqlama yayan şirkət satıcılara xəbərdarlıq edib. Bildirilir ki, geri çağırılmış məhsulları satmaq və istehlak etmək ciddi və ya həyati təhlükə yarada bilər.
Xəbərdarlıqda o da qeyd olunur ki, geri çağırılan məhsullar atılmalı və ya alındıqları yerə qaytarılmalıdır.
Leyla