“Araz” Supermarketlər Şəbəkəsinin “Gold Sponsor” olduğu “Təchizat Zənciri Liderləri Zirvəsi” forumu uğurla həyata keçirildi.
Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş direktoru Aydın Talıbov “Təchizat zəncirinin strateji idarəedilməsi” mövzusunda çıxış etdi. Aydın Talıbov ölkəmizdə müstəqilliyin ilk illərindən etibarən tədarük zəncirinin formalaşması, distribusiyanın və marketçiliyin keçdiyi yol, yerli istehsalın dəstəkləməsində şəbəkə marketlərinin rolu, dəyərlərə əsaslanan idaretmə modeli və digər vacib mövzulardan bəhs etdi, təcrübəsini paylaşdı.
Qeyd edək ki, Qrupumuzun Təchizat direktoru Fərid Qurbanov "Yeni dəyər zənciri" konsept mesajı ilə keçirilən tədbirin moderatorlarından biri idi.