
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən xəbərə görə, nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Gəncə şəhərində fəaliyyət göstərən toxum satışı ilə məşğul olan mağazalarda monitorinqlər həyata keçirilib. Yoxlama zamanı götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində 6 mağazada pomidor meyvələrinin qonur qırışıqlıq virusu (
Tomato brown rugose fruit virus), pomidor yarpaqlarının sarı qıvrılma virusu (
Tomato yellow leaf curl virus) və başqa karantin tətbiq edilən bitki virusları aşkarlanıb.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq, yüksək risk qrupuna daxil olan sirayətlənmiş toxumlar məhv edilib.