500 nəfərdən çox liderimizi «Uğurda Birlik və Bütünlüyün Gücü» mövzusunda seminarda topladıq.
«Live Alive» şirkətinin qurucusu, biznes təlimçi Sinan Ergin «Uğurda Birlik və Bütünlüyün Gücü» mövzusunda təcrübə və biliklərini tədbir iştirakçıları ilə paylaşdı. Sitat: “İnsani keyfiyyətləriniz yüksəkdirsə, bu, bir sıra bacarıqsızlıqlarınızı gizlədə bilər. Əksinə, insani keyfiyyətləriniz aşağı səviyyədədirsə, ən yüksək bacarıqlarınız belə kölgədə qalar. Sevgi, tolerantlıq, ağıl, başqalarının uğuruna sevinə bilmək, pozitiv sima, mərhəmət, empatiya. Bu, düzgün üslubdur”.
Tədbirdə həmçinin Veysəloğlu Şirkətlər Qrupuna daxil olan «Vesta Horeka» şirkətinin İdarəedici direktoru Vüsal Əmrahov çıxış etdi: “Hər bir lider əməkdaşlarda sevgini və güvəni yaratmaqla birlik və bütünlüyə nail ola bilər. Yalnız güvən mühiti olduğu yerdə birlik və bütünlükdən danışmaq olar".