Veysəloğlu Şirkətlər Qrupu olaraq “VI İqtisadiyyat və İdarəetmə sahəsində tədqiqatçıların beynəlxalq elmi konfransı”na dəstək olub. Foodinfo.az xəbər verir ki,  konfransın mövzusu “Dayanıqlı İnkişafın Yeni Dövrü: Yaşıl Transformasiya və İqlim Maliyyələşdirilməsi”dir.

Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov konfrans çərçivəsində "Dayanıqlı inkişaf yolunda ortaq rəqabət: Əsas istiqamət və çətinliklər" panelinin spikeri olaraq iştirak edəcək.

Konfansda nüfuzlu dövlət, elm xadimləri, həmçinin aparıcı şirkətlərin yüksək səviyyəli təmsilçilərinin çıxışı planlaşdırılır.

Tədbir 23 – 26 may tarixlərində Heydər Əliyev Mərkəzində UNEC, Heydər Əliyev Mərkəzi və Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-24) keçiriləcək. Tədbirdə 38 ölkədən, 83 universitet və tədqiqat qurumundan nümayəndələrin iştirakı nəzərdə tutulur.

Biz həm elmin inkişafına dəstək olmaqla və həm də idarəetmə ilə bağlı təcrübəmizi paylaşmaqla cəmiyyət üçün dəyər yaratmağa davam edirik.