Veysəloğlu Şirkətlər Qrupu
Tender və təchizat üzrə mütəxəssis
Son tarix 04 sen 2023 - [email protected]
Öhdəliklər:
Müəssisələr tərəfindən təchiz olunan mal və xidmətlərin keyfiyyətlərinin təhlili məqsədi ilə qurulmuş sistemin fəaliyyətini təmin etmək və onun düzgün çalışmasına nəzarət etmək;
Mütəmadi bazar araşdırması edərək potensial tədarükçülərin tapılması, qiymət dalğalanmalarının müəyyən edilməsi və yeni həll yollarının hesabatının təqdim edilməsi;
Tender və digər müsabiqələrin keçirilməsi üçün araşdırmaların aparılması;
Təchiz olunan mal və xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə təchizatçılarla görüşlərin keçirilməsi.
Tələblər:
Ali təhsil;
İnşaat sahəsində minimum 3 il iş təcrübəsi;
Yüksək analitik təhlil və çevik qərarvermə qabiliyyəti;
MS Office biliyi;
Komandada işləmə bacarığı;
Yüksək səviyyədə Azərbaycan dili ,ingilis dili və rus dili bilikləri üstünlükdür.
Daxili auditor
Son tarix 01 sen 2023 [email protected]
Vəzifə öhdəlikləri:
Audit olunan müəssisə/proses haqqında ilkin məlumatları əldə etmək və təhlil etmək;
Biznes prosesləri sənədlər və müsahibələrə əsasən sənədləşdirmək;
Biznes proseslərdə təsvir olunan nəzarət sistemlərini yoxlamaq;
Nəzarət sistemlərinin efektivliyini və səmərəliliyini qiymətləndirmək;
Nəzarət sistemlərində olan boşluqların müəyyən etmək və müvafiq audit müşahidələrini ətraflı təsvir etmək;
Audit testlərini həyata keçirmək və dəstəkləyici sənədləri yoxlamaq;
Mühasibat yazılışlarının qəbul olunmuş standartlara uyğun aparılmasını yoxlamaq;
Müəyyən edilmiş audit müşahidələrinin dəstəkləyici dəlillərini və hesablamalarını əldə etmək və qaydalara uyğun sənədləşdirmək;
Audit prosedurlarının icrasının və sənədləşdirilməsinin qüvvədə olan Daxili Audit təlimatlarına və qaydalarına uyğun aparılmasını təmin etmək.
Ümumi tələblər:
Ali iqtisadi təhsil;
Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
Mühasibat uçotu və hesabatlılıq üzrə nəzəri biliklər;
Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı (İngilis dili biliyi üstünlükdür);
Microsoft Excel proqramında sərbəst işləmək bacarığı (Power BI bilikləri üstünlükdür);
Certified Internal Auditor (CIA) və ya ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Daxili Auditor” yazmaqla, öz CV-lərini göndərə bilərlər.