Şirkətlər Qrupu hazırda 19,000-dən çox insanın iş yeridir
Veysəloğlu Şirkətlər Qrupunun təməli “Veysəloğlu Distribusiya” şirkəti ilə 1994-cü ildə qoyulub. Hazırda pərakəndə, logistika, distribusiya və istehsalat kimi istiqamətləri birləşdirən Veysəloğlu Şirkətlər Qrupu 19,000-dən çox əməkdaşı əhatə edir. Bu il dünyanın ən nüfuzlu konsaltinq şirkətlərindən biri olan Deloitte-in Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsində qaliblərdən biri də Veysəloğlu Şirkətlər Qrupu olub.
Veysəloğlu Şirkətlər Qrupunun əsas missiyası alıcıları keyfiyyətli və mümkün münasib qiymətə məhsullarla təmin etməkdir. “Araz” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi”, “Veysəloğlu Distribusiya” şirkəti, “Ulduz” Şokolad Fabriki, “Xonça” Fabriki, “Veysəloğlu Georgia” distribusiya şirkəti və alman məhsullarını alıcılara təqdim edən “Veysəloğlu-Rossmann” şirkətləri bu qrupa daxildir. Yeri gəlmişkən, bu gün 28 yaşı tamam olmuş “Veysəloğlu Distribusiya” şirkəti ölkənin topdansatış bazarında önəmli rola və paya sahibdir və bir neçə tanınmış beynəlxalq brendin uzun illərdir ki, etibarlı partnyorudur.
Şirkətlər Qrupunun müasir və beynəlxalq standartlara uyğun logistika mərkəzi var. Bu müəssisə ölkənin qida təhlükəsizliyində əhəmiyyətli rola malikdir.
“Veysəloğlu” yeniliklərlə də seçilir. Bazara fərqli və maraqlı konsept gətirmək məqsədilə “OBA” markası altında “discount-convinience” (əlverişli və müştəriyə yaxın) konseptli marketin yaradılması ilə insanların alış-veriş seçimlərini artırdı. Qrup həm də “Veysəloğlu-Rossmann” şirkətini qurmaqla Almaniyanın “Rossmann” brendinin sağlamlıq və şəxsi qulluq məhsullarını, daha sonra isə Avropanın bir sıra ölkələrində satılan Polşa brendi “Pepco” məhsullarını Azərbaycan istehlakçıları üçün əlçatan edib.
Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfəsi ölkəmizin iqtisadiyyatı və cəmiyyətimiz üçün real dəyər yaratmaqdır. Şirkətlər Qrupu son 6 ildə yerli və xarici maliyyə qurumlarından əldə etdiyi kreditlər hesabına ölkə iqtisadiyyatına ümumilikdə 200 milyon manatdan çox investisiya yatırıb. Müştərilərinə təqdim olunan məhsulları yüksək keyfiyyətlə saxlamağa imkan verən hazırda tikilən soyuq anbarın yaradılmasına isə şirkət 28 milyon manat investisiya yatırımı edir.
Bu gün Veysəloğlu Şirkətlər Qrupu qeyri-neft sektorunun ən böyük işəgötürənlərindən biridir. Şirkətlər Qrupunda təkcə ötən ildə 2000-nə yaxın yeni iş yeri yaradılıb. Veysəloğlu Şirkətlər Qrupunun müasir logistika mərkəzində “Fəhlədən İnkişaf” proqramı ilə bu illər ərzində sıravi əməkdaşlar bacarıq və təcrübəsini artıraraq menecer vəzifələrinə yüksəlirlər. Veysəloğlu Şirkətlər Qrupu ölkənin müxtəlif bölgələrində yerli əhalini işlə təmin edir.
Veysəloğlu Şirkətlər Qrupu dayanıqlı inkişaf məsələsinə ciddiyyətlə yanaşır. Özünün ölkəyə və ümumilikdə dünyaya olan ekoloji, iqtisadi, sosial təsirini və məsuliyyətini yaxşı anlayır. Şirkət insan kapitalına dəstəyi dayanıqlı inkişafın vacib istiqamətlərindən biri kimi qəbul edir.
“Veysəloğlu” “Gələcəyini Qur” sosial təşəbbüsünə qoşulmaqla istedadlı gənclərə ali məktəbə hazırlıq prosesində dəstək olur. Son 3 ildə bu dəstək sayəsində 50-dən çox gənc ali məktəbə qəbul olunub. Qrup eləcə də “Veysəloğlu ilə İlk Addım” təcrübə proqramı ilə istedadlı, yüksək potensiala malik gənclərin universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmələrinə imkan yaradır. Bu proqramı bitirən bütün gənclər Veysəloğlu Şirkətlər Qrupunda iş təklifi alıblar. Bununla da Qrup müasir əmək bazarının tələblərinə uyğun gənc kadrların yetişdirilməsinə və insan kapitalının inkişafına dəstək olur.
2022-ci ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan Deloitte-in Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsində qaliblərdən biri də Veysəloğlu Şirkətlər Qrupu elan olundu. Şirkətlər Qrupu bu mükafata ümumi biznes nəticələri, korporativ sosial məsuliyyət strategiyası və dayanıqlı inkişafı, həmçinin bu istiqamətdə nümayiş etdirdiyi səylərinə görə layiq görülüb.
Veysəloğlu Şirkətlər Qrupu ölkəmizdə baş verən ictimai-iqtisadi proseslərdə fəal iştirak etməyə cəhd göstərir və bu səbəblə Qarabağın iqtisadi bərpasına öz töhfəsini verməyə çalışır. Bu məqsədlə Qrup Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlıq edir.
Şirkətlər Qrupu şəhid ailələrinə və Qarabağ qazilərinə dəstək olan “YAŞAT” Fondu ilə tərəfdaşdır. Bu yaxınlarda keçirilmiş “Qayıdış” xeyriyyə sərgisində rəsm əsərlərinin satışından əldə edilən vəsaitin böyük hissəsi bu Fonda ianə ediləcək. Bununla yanaşı, bayramlar və əlamətdar günlərdə 200-ə yaxın Qarabağ qazisi, şəhid ailəsi və digər həssas qruplara aid olan ailələrə Şirkətlər Qrupu tərəfindən sovqatlar çatdırılır.
Veysəloğlu Şirkətlər Qrupu öz əməkdaşları, tərəfdaşları və hətta rəqibləri ilə ədalətli davranmağı özünə üstünlük hesab edir. Partnyorlarla etibarlı və uzunmüddətli işgüzar əməkdaşlıq münasibətləri sayəsində Şirkətlər Qrupu məhsullarının qiymətinin imkan daxilində sabit saxlanılmasına çalışır. Həmçinin şirkətin özəl marka məhsullarına sahib olması və meyvə-tərəvəzi birbaşa fermerdən alması alıcıları təbii və təzə məhsullarla təmin etməyə imkan yaradır. Bununla Şirkətlər Qrupu həmçinin kiçik və orta sahibkarlığın inkişafına dəstək olmaqla ölkə iqtisadiyyatına dəyər qatır.
Veysəloğlu Şirkətlər Qrupu ailələrin sağlam qidalanması, ümumiyyətlə, cəmiyyətin sağlam olması ilə bağlı məsuliyyətini anlayır. Şirkətlər Qrupunun yanaşmalarından biri də budur: “Evdə ailəmizə, uşağımıza rəva görmədiyimiz, rahatlıqla yedirdə bilmədiyimiz heç bir məhsulu istehsal etmirik”.
Veysəloğlu Şirkətlər Qrupuna virtual tur: