Veysəloğlu Şirkətlər Qrupu “Gələcəyini Qur” təşəbbüsünə qoşularaq, 12 gəncin təhsil almasına dəstək oldu Veysəloğlu Şirkətlər Qrupu artıq üçüncü dəfədir ki, bu layihənin iştirakçısıdır və bu zaman ərzində 56 gəncin təhsil almasına şans qazandırıb. 2021-2022-ci tədris illəri üzrə “Gələcəyini Qur” layihəsi əsasında Bakının Sabunçu rayonundan olan 12 gəncin ali məktəbə hazırlığı üçün dəstək olundu. Nəticə etibarilə şagirdlərdən hər biri tələbə adına layiq görüldü. Onlardan bir çoxu Bakının müxtəlif universitetlərində dövlət sifarişli əsaslarla təhsilini davam etdirəcək. Bu təşəbbüsün məqsədi oxumağa həvəsi olan gənclərin universitetlərə hazırlaşmasına lazımi şərait yaratmaqdır. Layihə iştirakçıları 11-ci sinif şagirdlərini və orta məktəb məzunlarını əhatə edir. https://www.youtube.com/watch?v=QTbGOLaYxB4 Veysəloğlu Şirkətlər Qrupunun fəlsəfəsi cəmiyyətə dəyər qatmaq və insan kapitalının inkişafına dəstək olmaqdır. Beləliklə, Şirkətlər Qrupu təhsilə dəstək istiqamətində bir çox faydalı layihədə yer alaraq, növbəti illərdə də bu təşəbbüsə qoşulmaq niyyətindədir. Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Ölkənin ərzaq təhlükəsizliyi kimi strateji sahədə özünəməxsus rolu olan Şirkətlər Qrupu hazırda 19,000-dən çox insanın iş yeridir. Bu yaxınlarda dünyada tanınmış Deloitte şirkətinin Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.