Dövrümüzün xəstəliyi olan xərçəngin bəzi qidalarla birbaşa əlaqəsi var.
Alimlər aşağıdakı qidaların birbaşa xərçəngə “dəvətnamə göndərdiyini” qeyd edirlər:
Yanmış qidalar
Manqaldakı ətin yanmış hissəsini sevə bilərsiniz, amma onu qəbul etmədən əvvəl iki dəfə düşünməlisiniz.
“Pop-corn”
“Pop-corn” xüsusilə mikrodalğalı sobada hazırlananda ağciyər xərçəngi riskini artırır.
Hidrogenləşdirilmiş yağ
Bu yağlar bir çox qidalarda rast gəlinir. Məsələn, “fast-food”, qablaşdırılmış yeməklər və marqarində.
Emal olunmuş ət
Emal olunmuş soyuq qidaların bir çox zərərləri var. Əgər həmin qidaların hazırlandığı heyvanlar müxtəlif dərmanlarla və geni dəyişdirilmiş məhsullarla bəslənibsə, risk daha da artır. Məhsulun xarab olmaması üçün tərkibinə qatılan nitratları da unutmamaq lazımdır.
Sosisli sendviç
Sosisin tərkibində çox zərərli maddə olan sodium-fosfat var. Qeyd etmək lazımdır ki, bir ildə bu qidalardan 34 min insan ölür.
Ağ un
Ağ una adı dəyişdirilmiş şəkər də deyə bilərik. Bu un, əslində, faydalı olan buğda ununun ağardılmasından alınır.
Qırmızı ət
Qırmızı ətin təzə qalması üçün qoruyucu maddələrdən istifadə olunur. Bunların qalın bağırsağa zərər verdiyi və xərçəng yaratdığı irəli sürülür.
Diyet içkiləri
Şəkərsiz qazlı içkilər ən azı şəkərli olanlar qədər zərərlidir. Aspartam adı verilən dadlandırıcı beyin xərçəngi, qan xərçəngi və başqa xəstəlik çeşidlərinə səbəb olur.
Dadlandırıcılar, az kalorili və şəkərsiz olan hər şey
Vətəgə balıqları
Vətəgə balıqları antibiotiklərlə, dərmanlarla və kimyəvi maddələrlə “zəngindir”.
Konservləşdirilmiş qidalar
Ağ şəkər
Alkoqol
Kartof çipsi
Akrilamit siqaret tüstüsündə, yapışdırıcılarda və kartof çipsində olan bir kimyəvi maddədir.
Kartof qızartması
“Fast-food”lardakı kartof qızartması xərçəng yaradan akrilamitlə “zəngindir”.
Orqanik olmayan meyvə və tərəvəzlər
Turşular
Turşular mədə xərçənginə yol açır. Təzə tərəvəzin az tapıldığı yerlərdə mədə xərçənginə tutulanların çoxluğu bunu deməyə əsas verir.
Mayalı qidalar
(Oxu.az)