Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir. Foodinfo.az-ın məlumata görə, daxil olan müraciət əsasında, Biləsuvar şəhəri, H.Əliyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Əsədov İlqar Saday oğluna məxsus “Uğur” pərakəndə satış  müəssisəsində Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud surətdə pozulduğu məlum olub. Belə ki, satış üçün nəzərdə tutulan qida məhsulları anbarında istifadə müddəti bitmiş və istehlak üçün yararsız 11 ədəd 0,5 ml-lik “Nemiroff”,5 ədəd 1l-lik “Nemiroff”, 5 ədəd 0,7 ml-lik  “Apertivo”, 100 ədəd 0,7 ml-lik “Nemirovskaya” əmtəə nişanlı, eyni zamanda markalanması normativ sənədlərin tələblərinə uyğun olmayan 19 ədəd 0,7 ml-lik  “Artive”, 2 ədəd 1l-lik “Belova”, 1 ədəd 1l-lik “Kahlia”, 2 ədəd 0,75 ml-lik “Blavod” əmtəə nişanlı alkoqollu içkilər aşkar edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, sözügedən məhsullar dövriyyədən çıxarılıb və satışının qarşısı alınıb. AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir. [gallery ids="52191,52192,52193,52194,52195"]