Bu ilin yanvar-avqust aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 996,8 mln. ABŞ dollarına bərabər olub.
Foodinfo.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə yeyinti məhsulları üzrə idxalın həcmi ötən ilin analoji dövrünə nisbətən 122,7 mln. dollar və ya 14% çoxdur. Ümumiyyətlə, cari ilin ilk səkkiz ayında yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 10,62% təşkil edib.
Qeyd edək ki, yeyinti məhsulları üzrə ən çox tələbat meyvə-tərəvəz və buğdaya olub.